--------------------------------------------------------------------------------------------------------------------------------------------------
Dekabrın 9-u Bakı vaxtı ilə 20.00 və 23.00 da "Azadlıq" radiosunun"İz" Mədəniyyət proqramında aparıcısı Sevda xanım, mən - Aydın Məmmədov, Xarici İşlər Nazirliyi Dövlət Protokolu İdarəsinin rəisi, həm də qərərgahı Lüksembruqda yerləşən Əsilzadələr Cəmiyyətinin http://www.almanach.be/ saytının redaksiya heyətinin üzvü Pərvin Mirzazadə "mühacirətdə olan qəbirlər" mövzusunda maraqlı diskusiya etndik:
Birbaşa "Azadlıq" radiosundan qulaq asın: Bunu bas
Yaxud yükləyin və qulaq asın:
Dekabrın 7-i 1875-ci ildə Şəki şəhərində görkəmli dövlət xadimi Fətəli xan Xoyski anadan olmuşdur. Onun nəşi hələ də qürbətdə "çürüyür"!
1918 – 1920-ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının yaradıcılarından çoxu, bu cümhuriyyətin süqutundan sonra mühacir həyatı yaşamağa məcbur oldular və ömürlərini də qürbətdə başa vurdular. Onların qəbirləri indi də qürbətdədir. Xalqımıza divan tutan erməni Stepan Şaumyanın qəbri və heykəli Bakının düz ortasında, Şərqdə ilk cümhuriyyəti quran həmmillətlərimizin məzarları isə qürbətdə!
Vaxt gələcək, biz müsəlmanlar ayılacağıq, istəyəcəyik ki Məmmədəmin Rəsulzadənin, Fətəli xan Xoyskinin və nə bilim, bunlar kimi nə qədər digər görkəmli şəxslərimizin nəşini gətirək Vətənə. O zaman sual ortaya çıxacaq: onları harada dəfn edək? Fəxri Xiyabanda? Şəhidlər xiyabanında? Ya Elçibəyin adıyla hallandırılan versiyaya uyğun “Sahil”, yəni keçmiş “26-lar” parkında? Ya anadan olduqları yerdə? Ya qohumların, yaxud əcdadlarının dəfn olunduqları yerdə? O zaman bizim bu məqaləmiz aktual olacaq; bax:
---------------------------------------------------------------------------------------------------------
Aydın Məmmədov Bir qəbir kitabəsinin izi ilə, yaxud F. X. Xoyskinin əsli nəcabətinə dair tarixi faktlar
Yaxud:
1
ŞƏKİDƏKİ XAN QƏBRİSTANLIĞINDA DƏFN OLUNMUŞ SƏLTƏNƏT BƏYİM F. X. XOYSKİNİN BACISIDIRMI ? 3
F. X. XOYSKİNİN ULU CƏDDİ: HƏSƏN BƏR-MƏKLİ; O, ABBASİ XƏLİFƏSİ HARUN ƏR-RƏŞİDİN HƏMDÖVRÜ OLMUŞDUR! 8
F. X. XOYSKİ NƏSİL ŞƏCƏRƏSİ ÜZRƏ KİMLƏRİN NƏTİCƏSİDİR: 9
1.) Xoy hakimi Əhməd xan və onun arvadı Səltənət bəyim Hüseynəli xan Qacar qızının; 9
F. X. XOYSKİ KİMLƏRİN NƏVƏSİDİR: 12
2.) Şəkili Hacı Molla Zeynalabdin? və onun arvadı “...........?..........”. 15
F. X. XOYSKİNİN VALİDEYNLƏRİ KİMLƏRDİR: 15
2.) Anası: Şəhrəbani xanım şəkili hacı Zeynalabdin qızı? 21
Fətəli Xan Xoyski ailəsinin genealoji cədvəli 25
--------------------------------------------------------------------------------------------------------------
Kamil Muxtarov Fətəli xan Xoyski görkəmli dövlət xadimi idi
--------------------------------------------------------------------------------------------------------------
